Modern.az

Strateji Düşüncə Mərkəzi siyasi bloklarla əməkdaşlığa TƏRƏDDÜD edir

Strateji Düşüncə Mərkəzi siyasi bloklarla əməkdaşlığa TƏRƏDDÜD edir

10 İyul 2014, 12:04


“Qurum Azərbaycanın taleyi üçün önəmli hesab etdiyi məsələlər üzərində müzakirələr aparır. Bir sıra məsələlər, Urkraynada gedən proseslər, Qarabağ məsələsi və digər mövzularda strateji düşüncə mərkəzində müzakirələr aparılıb və aparılmağa davam edəcək”. Bunu Modern.az saytına açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Milli Strateji Düşüncə Mərkəzinin fəaliyyətini şərh edərkən deyib.

Qurumun tərkibi ilə danışan Müsavat funksioneri bildirib ki,  adıçəkilən təşkilat açıq, şəffaf prinsiplərlə fəaliyyət göstərir. Onun sözlərinə görə qurum üzvləri xüsusi öhdəliklər daşımır.

“Strateji Düşüncə Mərkəzi açıq bir qurumdur. Bu təşkilat öhdəliklər əsasında hüquq və vəzifələr üzərində formalaşmış bir qurum deyil. Strateji Düşüncə Mərkəzinə Azərbaycanın tanınmış siyasətçiləri, partiya rəhbərləri, alimləri politoloqları və digər sahələrdə olan mütəxəssislər daxildir. İsa Qəmbər, Eldar Namazov, Pənah Hüseyn, professor Musayev, Zəfər Quliyevin adlarını çəkə bilərəm”.   Müsavat rəsmisi onu da bildirib ki, təşkilat siyasi blok deyil. “ Ona görə də hansısa siyasi bloklarla əməkdaşlıq etmək barədə  indiki mərhələdə danışmaq düzgün deyil”.  

Qeyd edək ki, Milli Strateji Düşüncə Mərkəzi iyunun13-də  Müsavat Partiyasının təşəbbüsü ilə yaradılıb.

Rufanə Günəş

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza