“Bələdiyyə seçkiləri ilə bağlı normativ hüquqi baza təkmilləşdirilir və tədbirlər planı hazırlanır”. Bunu
Modern.az-a açıqlamasında Mərkəzi Seçki Komissiyası Katibliyinin media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli deyib. O bildirib ki, bələdiyyə seçkilərinin ilin sonlarına yaxın keçiriləcəyi gözlənilir. “Seçkilərin əsas qismini aşağı seçki komissiyalarının (bölgələr üzrə komissiyalar) iş təcrübələrinin maarifləndirilməsi təşkil edir və bu sahədə ciddi işlər görülür.
Lakin seçkilərin vaxtı hələ dəqiqləşməyib, ona görə bununla bağlı dəqiq heç nə deyə bilmərik. Seçkilərin vaxtı məlum olanda mediaya ətraflı məlumat veriləcək”, – deyə şöbə müdiri qeyd edib.
Məltəm Talıbzadə