Modern.az

Parklarda yatan xocalılı gənc nəzarətə götürüldü

Parklarda yatan xocalılı gənc nəzarətə götürüldü

10 İyul 2014, 12:10

Xocalıda hər iki valideynini itirmiş Samir Bayramovun ciddi maddi və mənəvi problemlərinin olması ilə bağlı xəbər vermişdik. Xocalı soyqırımı zamanı valideynlərindən məhrum olan Samir Bayramov bildirmişdi ki, evi olmadığından Bakının parklarında gecələyir.
Modern.az saytının Samir Bayramovun acınacaqlı həyatı ilə bağlı  qaldırdığı məsələdən sonra adıçəkilən şəxsin ev probleminin aidiyyatı qurumlar tərəfindən həll olunacağına söz verilib.

Modern.az-ın məlumatına görə Xocalı Rayon İcra Hakimiyyəti Samir Bayramovun problemini nəzarətə götürüb. Sözügedən icra orqanı “Kənd Əhmədli” adı ilə tanınan ərazidə Xocalı sakinini evlə təmin edəcək. Xocalı Rayon İcra Hakimiyyəti Samir Bayramov üçün müvəqqəti olaraq mənzil kirayə götürüb və kirayə haqqını da dövlət qurumu özü ödəyəcək.

Bununla yanaşı, Qaçqınların və Məcburi Köçkünlərin İşləri wzrə Dövlət Komitəsi (“Dövlətqaçqınkom”)  ilə Xocalı İcra Hakimiyyəti arasında Samir Bayramovla bağlı danışıqlar başlayıb. Əldə etdiyimiz məlumata görə,  Samir Bayramov “Kənd Əhmədli”də müvəqqəti yaşadıqdan sonra onun ev problemi həmişəlik  həll ediləcək. İki dövlət orqanı belə razılığa gəlib ki, həmin şəxsə mənzil verilsin.

Aqşin Kərimov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza