Modern.az

Bakıda şəxsi təyyarə qəzaya uğrayıb

Bakıda şəxsi təyyarə qəzaya uğrayıb

10 İyul 2014, 12:16


Bakıda iki nəfərlik kiçik təyyarə qəzaya uğrayıb.

Sabunçu rayon Polis İdarəsindən Trend-ə bildiriblər ki, bu gün səhər saatlarında təyyarə Maştağa qəsəbəsi ərazisinə düşüb.

Qəza nəticəsində xəsarət alan olmayıb.

Hüquq-mühafizə orqanlarından bildiriblər ki, hadisə Zabrat və Maştağa qəsəbələri arasındakı ərazidə baş verib. Belə ki, kursantların təlim-məşqi zamanı birmotorlu "Cessna" markalı ikinəfərlik təyyarə qəzaya uğrayıb.



Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza