Modern.az

“Qəzaya uğrayan təyyarə AZAL-ın olub” - AÇIQLAMA

“Qəzaya uğrayan təyyarə AZAL-ın olub” - AÇIQLAMA

10 İyul 2014, 13:04

“Qəzaya uğrayan AZAL-a məxsus birmühərrikli təlim təyyarəsi olub. AZAL  təlim uçuşları zamanı “Texno 172 F” təyyarələrindən istifadə edir”. Bunu Modern.az saytına “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli deyib.

““Texno 172 F” təyyarəsi AZAL-ın təlim uçuşları zamanı məcburi eniş edib. Buna səbəb təyyarənin ikinci dövrəyə gedən zaman mühərrikində baş verən nasazlıq olub və mühərrik sıradan çıxıb”.

M.Səfərlinin sözlərinə görə, təlim təyyarəsində iki nəfər – təlimatçı pilot və daşıcı pilot olub.

“Heyət təlimata uyğun olaraq boş torpaq sahəsi seçmiş və təyyarəni yerə endirmişdi. Nəticədə xəsarət alan olmayıb”.

Qeyd edək ki, hadisə Zabrat və Maştağa qəsəbələri arasındakı ərazidə baş verib. Belə ki, kursantların təlim-məşqi zamanı birmotorlu "Cessna" markalı ikinəfərlik təyyarə qəzaya uğrayıb.

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza