Modern.az

Bu gün Bakıda “İnter” “Tiraspol”a qarşı

Bu gün Bakıda “İnter” “Tiraspol”a qarşı

10 İyul 2014, 13:42

Ölkəmizi Avropa Liqasında təmsil edən paytaxtınn “İnter” klubu bu gün ikinci matçına çıxacaq. İlk görüşdə səfər də Moldovanın “Tiraspol” klubuna 3-2 hesabı ilə qalib gələn “bankirlər” bu görüşündə favoriti hesab olunurlar.

“İnter” klubu bu matça ciddi itki ilə çıxacaq. Belə ki, “bankirlərin” heyətində ilk oyunda meydan da olan yeni transfer Elvin Məmmədov zədə səbəbi ilə görüşü buraxmalı olacaq. Moldova təmsilçisi “Tiraspol”un  heyətində isə zədəli və cəzalı oyunçu yoxdur.

Qeyd edək ki “İnter” - “Tiraspol” matçı bu gün Bakı vaxtı ilə saat 21:00-da Şəfa stadionunda baş tutacaq.

Fərrux Həsənli
Azərbaycan Universitetinin tələbəsi

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza