Modern.az

TQDK iyulun 12-də ali məktəblərə qəbul imtahanı keçirəcək

TQDK iyulun 12-də ali məktəblərə qəbul imtahanı keçirəcək

10 İyul 2014, 14:03

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu ilin məzunları üçün iyulun 12-də I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək. Modern.az-ın məlumatına görə, imtahanda 28 955 XI sinif məzununun iştirakı gözlənilir. İmtahandan sonra cavabların emalı aparılacaq və nəticələrin 2 gündən sonra- iyulun 14-də açıqlanması nəzərdə tutulub.

Ali məktəblərə ixtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra bütün ixtisas qrupları üzrə iyulun 24-dən avqustun 5-dək internet vasitəsilə aparılacaq. Müsabiqəyə I, II və IV ixtisas qruplarında ümumi balı 250-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan, III ixtisas qrupunda ümumi balı 300-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı isə 10-dan az olmayan abituriyentlər buraxılacaqlar.

Misranə Həsənzadə

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza