Modern.az

Nəbatat Bağının direktor müavini jurnalistləri qınadı: “Adi faktı şişirtdilər”

Nəbatat Bağının direktor müavini jurnalistləri qınadı: “Adi faktı şişirtdilər”

Təhsil

10 İyul 2014, 16:41

“Nəbatat Bağından keçən kommunikasiya xətləri bərpa olunan vaxt iri ağaclardan biri çıxarılmışdı, qalanları isə şitillər idi. Sadəcə, bəzi jurnalistlər məqsədli şəkildə bu məsələni şişirtdilər”.
Bunu Modern.az-a Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağının elmi işlər üzrə direktor müavini Vahid Fərzəliyev bağdakı son durumu şərh edərkən bildirib.

Onun sözlərinə görə, indi Nəbatat Bağı əvvəlkindən də gözəldir: “Haradasa yenidənqurma, təmizlik işlərinin həyata keçirilməsi normal bir şeydir. O vaxt bitkilər kommunikasiya xətlərinin bərpası ilə əlaqədar başqa bir yerə köçürülmüşdü. Hazırda həmin yerə 100-dən çox qızılgül sortu əkilib. İndi hər şey qaydasındadır”.

Diretor müavini bildirib ki, hər zaman jurnalistlərə açıq olublar: “Bəzi jurnalistlər başqa yerlərdə qırılan ağac şəkillərini Nəbatat Bağından görüntü kimi qələmə vermişdi. Bu, yolverilməzdir, adi bir faktı şişirtməkdir. Axı, sözügedən ərazidə heç zeytunluq olmayıb, amma saytlarda 30-40 illik kəsilən ağaclara görə bizim bağın adı hallandırılırdı. Bu, peşəkarlıqdan kənardır. Orada hər hansı iş aparılıbsa belə, bu bağın daha da gözəlləşdirilməsi üçün edilib. 41 hektar ərazidir. Hər hansı bitkinin bir yerdən başqa yerə köçürülməsi normaldır. Nəbatat Bağı xüsusi mühafizə olunan ərazidir. Orda hansısa mənfi hal ola bilməz”.

Qeyd edək ki, bir müddət əvvəl mətbuatda Nəbatat Bağında ağacların kəsilməsi və bağın dağıdılması barədə informasiyalar geniş yer almışdı.

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir