Bu gün bir qrup media nümayəndələri Səhiyyə Nazirliyi tərəfindən təşkil olunan tədbirdə paytaxtın çoxprofilli müasir klinikası - Bakı Sağlamlıq Mərkəzində yaradılmış şəraitlə tanış olublar.
Təməli 2011-ci ildə qoyulan Bakı Sağlamlıq Mərkəzinin direktoru Tərlan Bəbirov bildirib ki, 50 min kvadrat mert sahəsi olan bu tibb müəssisəsində 550 çarpayı yerləşir. Mərkəz 5, 6 və 12 mərtəbədən ibarətdir. Ümumilikdə, 9 əsas və 7 yardımçı şöbəsi var. Mərkəz ən müasir avadanlıqla təchiz edilib və elmin ən son elmi-texniki yenilikləri tətbiq olunub. Mərkəzdə tibbi xidmətlər yüksək səviyyədə təchiz olunan müxtəlif şöbələrdə aparılır.“Burada tibbin bütün sahələri üzrə kompleks müayinə və müalicələrin aparılması üçün hər cür şərait yaradılıb. Bütün şöbələr dünyanın ən məşhur tibbi texnika və avadanlıqları ilə təchiz olunub. Bunların bir çoxu ölkəmizin tibb sistemində ilk dəfə tətbiq olunub.
Bunların arasında müasir maqnit rezenas aparatı, led sistemli cərrahi işıqlandırıcılar, mərkəzləşdirilmiş steriliziyasiya sistemi mühüm əhəmiyyət kəsb edir. Daha sonra Mərkəzdə istifadəyə verilən kompüter tomoqrafiyası, rəqəmsal rentgen, ultra-səs aparatları və digər müasir tibbi aparatlar Xəstələrin müalicəsində əhəmiyyətli rola malikdir”.
Direktor daha sonra əlavə edib ki, Bakı Sağlamlıq Mərkəzində cərrahi asma panellər, masalar, kameralar və rentgen aparatları, həmçinin, baro-kamera, mərkəzi oksigen sistemi, yeni doğulmuşlar üçün güvəclər və reanimasiya otaqları Mərkəzin əhəmiyyətini daha da artırır. Burada müxtəlif xəstəliklərdən əziyyət çəkən vətəndaşların respublikada müalicə olunması, onların xarici ölkələrə üz tutmaması üçün bütün lazımi şərait yaradılıb. Mərkəz əhaliyə tam pulsuz tibbi xidmət göstərilir. “Gün ərzində 3 və ya 4 dəfə xəstələrə yemək verilir. Yeməklər mərkəzləşdirilmiş qaydada gətirilir. Burada yatan xəstələrə kənardan qida məhsullarını gətirmək, siqaret çəkmək, pəncərələri açmaq qadağandır. Mərkəzdə çiller və qazanxana sistemi quraşdırılıb. Xəstələr 2 nəfərlik palatalara yerləşdirilir. Xüsusi çağırış sismemləri var”.
T. Bəbirov bildirib ki, mərkəz pulsuzdur və bura Nərimanov rayonunda yerləşdiyi üçün əsas göndərişlər rayonun qeydiyyatında olanlar gətirilir. Amma bəzi anlarda digər rayonların sakinləri də buraya göndərilə bilər.
Daha sonra isə media nümayəndələri Bakı Sağlamlıq Mərkəzinin şöbələrində yerləşən avadanlıqlar ilə tanış olublar. Burada jurnalistlərə Mərkəzin şöbə müdirləri məlumatlar verdilər.