Modern.az

Rəsulzadənin nəvəsi Prezidentə təşəkkür etdi - AÇIQLAMA

Rəsulzadənin nəvəsi Prezidentə təşəkkür etdi - AÇIQLAMA

Təhsil

10 İyul 2014, 17:26

“Əvvəla təəssüf edirəm ki, mənim icazəm olmadan bu məlumatı yayıblar. Həmin jurnalisti də qınayıram. Jurnalist etikasına riayət etmək lazımdır”. Bunu Modern.az saytına açıqlamasında Məhəmməd Əmin Rəsulzadənin hazırda Almaniyada olan nəvəsi Rəis Rəsulzadə müalicəyə göndərilməsi məsələsindən danışarkən bildirib.

“Mən ilk növbədə prezident İlham Əliyevə dərin təşəkürümü bildirirəm. Onun göstərişi ilə hazırda Almaniyadayam. Sağ olsun Almaniya səfirliyinin işçiləri, xüsusilə Fuad Manafov, məni hörmətlə qəbul etdilər. Mənimlə yanaşı klinikaları gəzirlər. Müayinələrdən sonra xəstəliyimlə bağlı müalicələrə başalyacağam”, – deyə R. Rəsulzadə bildirib.
Rəis Rəsulzadə xəstəliyi barədə danışmaq istəməyib: “Müayinələr başa çatsın, müalicəyə başlayım, sonra bu haqda danışaram”.

Qeyd edək ki, Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə əməliyyat olunmaq üçün Almaniyaya göndərilib. Prezident Administrasiyasındakı mənbələrdən APA-ya daxil olan məlumata əsasən, o, dövlət hesabına bu ölkənin məşhur “Şarite” hospitalında əməliyyat ediləcək və müalicə alacaq. Onun ağır xəstəlikdən əziyyət çəkdiyi bildirilir.
R. Rəsulzadənin 2013-cü ilin əvvəlində də Bakıda eyni xəstəlikdən əməliyyat və müalicə olunduğu bildirilir.
Rəis Azər oğlu Rəsulzadə Azərbaycan Rəssamlar Federasiyasının üzvü, əməkdar rəssamdır. R.Rəsulzadə, həmçinin, ictimai fəaliyyətlə məşğuldur və Azərbaycan Siyasi Repressiya Qurbanları Assosiasiyasının prezidentidir.

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir