Modern.az

Ukraynada girov götürülən azərbaycanlı azad edilib

Ukraynada girov götürülən azərbaycanlı azad edilib

Təhsil

10 İyul 2014, 21:00

Ukraynanın Donetsk vilayətində girov götürülən azərbaycanlı azad edilib.

Bu barədə  Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov məlumat verib. 

E.Zahidov qeyd edib ki, 18 yaşlı Elvin Rasim oğlu Qasımov Azərbaycanın Ukraynadakı səfirliyi, DİN-in səfirlikdəki rəsmi nümayəndəsi polkovnik Şahin Qocayev və yerli hüquq-mühafizə orqanlarının birgə tədbirləri nəticəsində bir saat əvvəl azad olunub: “O, artıq sağ-salamat ailəsinə təhvil verilib”.

Qeyd edək ki, bu gün  Ukraynanın Donetsk vilayətində hökumət əleyhinə olan silahlıların bir azərbaycanlı ailəsinin 4 üzvünü girov götürməsi barədə məlumat yayılıb. Məlumatda bildirilib ki, ailənin 3 üzvü qohumların və Ukrayna hüquq-mühafizə orqanlarının köməyi ilə azad edilsə də, 18 yaşlı Elvin Rasim oğlu Qasımov girov saxlanılıb . (APA)

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir