Modern.az

Abel Məhərrəmov birinci oldu

Abel Məhərrəmov birinci oldu

10 İyul 2014, 21:34


Azərbaycan tələbələrinin facebook sosial şəbəkəsindən istifadə edən tələbələri 2013-2014-cü ilin ən yaxşı rektorunu seçiblər. Modern.az xəbər verir ki, rəy sorğusunu “Azərbaycan Universitetləri” adlı facebook səhifəsi aparıb. “Tələbələr arasında adı ən çox hallanan ən fəal və ən yaxşı rektor” sosial sorğusunun qalibi Bakı Dövlət Universitetinin rektoru, deputat Abel Məhərrəmov olub. Abel Məhərrəmov 2500 nəfərdən çox şəxsin iştirak etdiyi sorğuda 605 səslə birinci olub. Siyahını təqdim edirik:

1. Abel Məhərrəmov (BDU rektoru) - 605 səs

2. Ədalət Muradov (ADİU rektoru) - 487 səs

3. Aqiyə Naxçıvanlı (AMİ rektoru) - 441 səs

4. Səməd Seyidov (ADU rektoru) - 325 səs

5. Ahmet Sanıç (Qafqaz rektoru) - 298 səs

6. Arif Paşayev (MAA rektoru) - 104 səs

7. Havar Məmmədov (AzTU rektoru) - 97 səs

8. Kamal Abdulla (BSU keçmiş rektoru) - 89 səs

9. Gülçöhrə Məmmədova (AzMİU rektoru) - 65 səs 

10. İbrahim Cəfərov (ADAU rektoru) - 40 səs

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir