Modern.az

Rusiya Ukraynanı HƏDƏLƏDİ

Rusiya Ukraynanı HƏDƏLƏDİ

10 İyul 2014, 22:20

Rusiya tərəfi Ukraynaya qətiyyətli etirazını  bildirir. Ukraynanın Rusiya ərazilərini atəşə tutmamasını tələb edir”. Modern.az RİA-ya istinadən xəbər verir ki, bu ifadələr Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilib.

Hədə tonunda olan bəyanatda bildirilir ki, Ukrayna əməllərindən əl çəkməsə rəsmi Kiyev bunun üçün məsuliyyət daşıyacaq. “Belə hadisələrin təkrarı olarsa məsuliyyət Kiyev hakimiyyətinə qədər uzanacaq. Xoşbəxtlikdən Rusiya-Ukrayna sərhədində baş verən insidentdə qurban olmayıb”.

Qeyd edək ki, Moskva hakimiyyəti Rusiya-Ukrayna sərhədində yerləşən “Qukovo” nəzarət-buraxılış məntəqəsinin Ukrayna ordusu tərəfindən atəşə tutulduğunu bildirir.  

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir