Modern.az

Azərbaycanda kolleclərə ixtisas seçimi başa çatdı, yerlər 99,4 faiz doldu

Azərbaycanda kolleclərə ixtisas seçimi başa çatdı, yerlər 99,4 faiz doldu

11 İyul 2014, 10:16

Modern.az-ın məlumatına görə, ümumi orta təhsil bazasında ( 9 illik) orta ixtisas təhsili müəssisələrinə iyulun 2-də başlanmış ixtisas seçimi iyulun 10-u saat 23:59-da başa çatıb.

Qeyd edək ki, ixtisas seçiminin nəticələrinin yaxın iki gün ərzində elan olunması nəzərdə tutulur və nəticələrin elan olunmasına dair ilkin məlumatlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) facebook səhifəsində veriləcək.

Nəticələr elan olunduqdan sonra ixtisas seçimində iştirak etmiş abituriyentlər öz nəticələri ilə TQDK-nın internet saytında və ya iş nömrələrini bütün mobil operatorlardan 7727 nömrəsinə göndərməklə tanış ola biləcəklər.

“Dünən ümumi orta ixtisas təhsili müəssisələrinə 17632 gənc ixtisas seçib. Bir-iki yerləşdirmə aparılıb”.

Modern.az xəbər verir ki, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib. O, qeyd edib ki, nəticələrə aid elektron fayllar hazırlanmaqdadır. Ümumi statistikaya əsasən, 8795 nəfər artıq ixtisas seçimini edib və qəbul olunub. Qabiliyyət tələb olunmayan yerlər 99, 4 faiz dolub. Cəmi 4 boş yer qalıb. Bunlar xüsusi qabiliyyət tələb edən yerlərdir.

Sədrin sözlərinə görə, musiqi müəllimliyinə sənəd verənlərin ilkin musiqi təhsili olmalıdır. Fiziki tərbiyə müəllimliyinə sənəd verənlər sağlamlıq haqqında sənəd veməlidir. Xüsusi 66, 29 faiz, 91, 52 faiz yerlər xüsusi qabiliyyət tələb edən yerlərə dolub.

TQDK sədri daha sonra bildirib ki, imtahan verən abituriyentlər bu gün nəticələrini biləcəklər. Birinci gündən qeydiyyat bitəcək. Boş qalan yerlər əlavə edilərək internetdə yerləşdiriləcək.

Rafiq Qənbərov

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza