Modern.az

Obama Rusiya və Ermənistana yeni səfirlərin namizədliyini irəli sürüb

Obama Rusiya və Ermənistana yeni səfirlərin namizədliyini irəli sürüb

Təhsil

11 İyul 2014, 11:11


ABŞ prezidenti Barak Obama ölkəsinin Rusiya və Ermənistana təyin olunacaq yeni səfirlərin namizədliyi irəli sürüb.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, təcrübəli diplomat Con Frensis Teft Rusiyaya səfir təyin oluna bilər. Ağ Evdən verilən məlumata görə, müxtəlif vaxtlarda Litva, Gürcüstan və bu yaxınlara qədər Ukraynadakı Amerika diplomatik missiyasının rəhbəri olan 64 yaşlı Teft Rusiya əleyhinə ritorikası ilə seçilir. Bəzi ekspertlər bu təyinatla rəsmi Vaşinqtonun Rusiyanı qıcıqlandırmaq istədiyini yazıb. Con Teft evlidir və 2 qız atasıdır. ABŞ-ın Ermənistandakı səfri kimi isə Riçard Mills Kiçikin namizədliyi irəli sürülüb. Buna qədər ölkəsinin Livandakı səfirinin müavini olan yeni namizəd müxtəlif vaxtlarda Maltada səfir, İngiltərə səfirliyində siyasi məsləhətçi, İraq səfirliyində isə demokratiya üzrə məsləhətçi kimi çalışıb. Riçard Mills keçmiş diplomat qadın Li Karterlə evlidir. Mills ingilis dilindən əlavə, fransız və rus dillərində də sərbəst danışır.  

Vüqar İsmayılov  
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir