Azərbaycanın Müdafiə Nazirliyi ermənilərin azərbaycanlı hərbçinin əsir götürdükləri barədə iddiasına münasibət bildidib.
Nazirliyin mətbuat xidmətindən Modern.az saytına verilən açıqlamada bildirilib: “Müdafiə Nazirliyi bildirir ki, Ermənistan kütləvi informasiya vasitələrində yayılan məlumatda adı çəkilən şəxs Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmir”.
Ermənilərin yaydığı məlumatda girov düşən soydaşımızın Tərtərin Qapanlı kənd sakini, 1968-ci il təvəllüdlü Quliyev Şahbaz Cəlal oğlu olduğu bildirilir. Düşmən tərəf onun şəklini də yayıb.
Modern.az