Modern.az

İyulun 20-dən uşaqların vaxtından əvvəl I sinfə qəbulu başlayacaq

İyulun 20-dən uşaqların vaxtından əvvəl I sinfə qəbulu başlayacaq

Təhsil

11 İyul 2014, 12:49

Təhsil nazirinin “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları” barədə əmrinə müvafiq olaraq Bakı şəhərində yerləşən və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeçiliyində olan məktəblərə qəbulla əlaqədar olaraq iyulun 20-dən etibarən elektron ərizələrin qəbuluna başlanılacaq.
Bu barədə Modern.az-a BŞTİ-dən məlumat verilib. Qeyd edək ki, “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”na əsasən I sinfə qəbul həmin il sentyabrın 16-dan dekabrın 31- dək 6 yaşı tamam olan xüsusi istedadlı uşaqlara şamil edilir.

Misranə Həsənzadə

   
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir