Ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə ixtisas seçiminin nəticələri elan olundu.
Modern.az-ın məlumatına görə ixtisas seçimində iştirak etmiş abituriyentlər öz nəticələri ilə iş nömrələrini bütün mobil operatorlardan 7727 nömrəsinə göndərməklə tanış ola bilərlər.
Eyni zamanda bu haqda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının internet saytında aşağıdakı linkdən öyrənmək olar:
//www.e-gov.az/az/services/read/2641
Qeyd edək ki, ümumi orta təhsil bazasında ( 9 illik) orta ixtisas təhsili müəssisələrinə iyulun 2-də başlanmış ixtisas seçimi iyulun 10-u saat 23:59-da başa çatıb, 17632 gənc ixtisas seçib.
Təhsil forması | Qəbul planı | Qəbul olunub | Qəbulolma | ||
Azərbaycan bölməsi | Rus | Bölmələr üzrə cəmi | faizi | ||
Dövlət, ödənişsiz | 4489 | 4084 | 162 | 4246 | 94.50 |
Dövlət, ödənişli | 4482 | 3790 | 140 | 3930 | 87.62 |
Özəl | 630 | 610 | 0 | 610 | 96.67 |
Cəmi | 9601 | 8484 | 302 | 8786 | 91.43 |
Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar 2014-cü il iyulun 14-dən 24-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından xaric ediləcəkdir.
Misranə Həsənzadə