Modern.az

Mədəniyyət və Turizm Nazirliyindən Şuşadakı tədbirə etiraz: “Əcnəbi heykəltəraşların orda nə işi var!?”

Mədəniyyət və Turizm Nazirliyindən Şuşadakı tədbirə etiraz: “Əcnəbi heykəltəraşların orda nə işi var!?”

Təhsil

11 İyul 2014, 16:05


“Ermənilərin işğal altında olan ərazilərimizdə beynəlxalq tədbirlər keçirməsini hər zaman pislənir. Belə məsələlərə sakit qalmağımız mümkün deyil”. Bunu Modern.az-a açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zöhrə Əliyeva deyib. O, Ermənistanın Şuşa şəhərində keçirdiyi 3-cü beynəlxalq “Akop Gürcyan” sipmpoziumuna etiraz edəcəklərini vurğulayıb: “Amma problem ondadır ki, biz orda baş verən hadisələrə, hazırda müdaxilə edə bilmirik. Yalnız münasibət bildirə bilərik. Beynəlxalq təşkilatlara öz notalarımızı göndərə bilərik. Tədbirdə iştirak edən nümayəndə heyətlərinə öz etiazımız bildirə bilərik”.

Z.Əliyeva həmçinin tədbirdə iştirak edən ölkələrin yaradıcı təşkilatlarına müəyyən etirazlarını bildirəcəklərini, onların xarici işlər nazirlikləri ilə əlaqə saxlayıb bu məsələni müzakirə edəcəklərini deyib.

Qeyd edək ki, açlışı bu gün Şuşa İncəsənət muzeyində keçiriləcək tədbirə Ermənistandan, İtaliyadan, İsveçrədən, Hindistandan və Belarusdan qanunsuz olaraq gələn 12 heykəltaraş qatılıb.Layihə təşkilatçılarının sözlərinə görə, əcnəbi qonaqların yaradacaqları təsviri incəsənət və heykəltaraşlıq nümunələri simpoziumdan sonra da Şuşada qalacaq. 

 

Rüfanə GÜNƏŞ

 
Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir