Modern.az

Yeni tədris ilində məktəbli formasında hansı dəyişiklik olacaq?

Yeni tədris ilində məktəbli formasında hansı dəyişiklik olacaq?

11 İyul 2014, 16:43

“Növbəti tədris ili üçün məktəbli formalarında hər hansı dəyişiklik olmayacaq”. Bunu Modern.az-a açıqlamasında Bakı Tikiş Evinin satış müdiri Etibar Əzimov bildirdi. Satış müdirinin sözlərinə görə, lazım olan sayda formalar tikilib və mağazalar mövsümdən asılı olmayaraq, bütün il boyu fəaliyyət göstərir.

“Sadəcə yeni tədris ili yaxınlaşdığı zaman işlər daha da intensivləşir. Dəqiq nə qədər geyim dəsti lazım olacağı isə bilinmir. Çünki formalar keyfiyyətli olduğundan şagirdlər onu növbəti tədris ilində də geyinə bilirlər”.

“Bu il 19 satış məntəqəsində məktəbli formalarının satışı təmin olunub. Bir çox rayonların ərazisi böyük olduğundan həmin rayonlarda 2 satış məntəqəsi fəaliyyət göstərir. Mağazalarımızın ünvanı dəyişməz olaraq qalır”, – deyə E. Əzimov əlavə edib. “Qiymətlərdə də dəyişiklik yoxdur. Yəni 1- 6-cı siniflər üçün dəstin qiyməti – 40 manat, 7-11-ci siniflər üçün isə – 52 manatdır”.

 

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza