Modern.az

Şirin qızların təqvimindəki “qırmızı tarix” – Şokolad günü

Şirin qızların təqvimindəki “qırmızı tarix” – Şokolad günü

11 İyul 2014, 17:22


Bu gün şirniyyat həvəskarları Şokolad gününü (World Chocolate Day) qeyd edirlər. O, ilk dəfə 1995-ci ildə Fransada qeyd olunub.

Rəvayətə görə şokoladı ilk dəfə Asteklər icad etmiş və bişirməyə başlamışlar. Onlar bu qida növünü "Allahların qidası" adlandırırdılar.  Onu Avropaya ilk dəfə gətirmiş İspan konkistadorları isə şokoladı xaç suyuna salaraq onu fiziki güc və dözüm mənbəyi kimi istifadə etməyə başlamışdılar. Bir müddət sonra Avropada şokolad yalnız aristokrat ailələr üçün hazırlanırdı. Varlı ailələrin qadınları şokoladı afrodizm hesab edirdilər. Yalnız 20-ci əsrin əvvəlindən etibarən artıq hər kəs - o cümlədən qeyri aristokratlar da şokolad həzzindən faydalanmağa başladılar. 

Dünyada ilk şokolad abidəsi 2009-cu ildə Rusiyanın Vladimir əyalətində açılıb. 

Müasir elm təyin etmişdir ki, şokoladın tərkibində istirahətə və psixoloji bərpaya imkan yaradan elementlər var. Tünd şokolad endorfinlərin atılmasını stimullaşdırır. Eyni zamanda insanda həzz və zövq yaradan xoşbəxtlik hormonlarına müsbət təsir göstərir, əhval-ruhiyyəni yaxşılaşdırır və orqanizmin tonusunu dəstəkləyir.

Şokolad "xərçəng əleyhinə" güclü effektə malikdir və qocalma proseslərini ləngitməkdə effektivdir. O, hər yerdə - evdə, dərsdə, işdə və hətta yolda da yemək istəyirik. Təkcə onun orqanizmə və psixikamıza olan müsbət təsirinə görə deyil, həm də bu qida növündən çox böyük zövq almaq üçün bədənimiz onu tələb edir. Bu gün şokoladsevərlərin ən sevimli bayramlarından biridir... Şokolad bayramınız mübarək!

Məltəm Talıbzadə

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU