Avropa Geosiyasi Forumunun Berlində keçirilən "Cənubi Qafqaz Dialoqu: Maraqlı tərəflərin ikinci məsləhət mərhələsi" adlı konfransında iştirak etmiş Azərbyacan Milli Məclisinin deputatları Fuad Muradov, Rövşən Rzayev və Asim Mollazadə Almaniya Xarici İşlər Nazirliyinin Cənubi Qafqaz üzrə idarəsinin rəhbəri Mark Boqdanla görüşüb. Bu barədə Modern.az-a Fuad Muradov məlumat verib. Tanışlıq xarakerti daşıyan görüş zamanı iki ölkə arasındakı əlaqələr və Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib. Azərbaycan Milli Məclisinin deputatı Fuad Muradov Azərbaycanın bu günkü vəziyyəti, dövlət başçısının rəhbərliyi aparılan islahatlar barədə M. Boqdana ətraflı məlumat verib. Öz növbəsində Almaniya XİN rəsmisi Azərbaycanla münasibətlərə xüsusi diqqət verdiklərini qeyd edib. M. Boqdan Azərbaycanı “Almaniya üçün çox vacib ölkə” adlandırıb və qeyd edib ki, rəsmi Berlin Avropanın enerji təhlükəsizliyi ilə bağlı müzakirələrdə Bakıının əhəmiyyətini xüsusi vurğulayır.
“Cənab Boqdan bizim regionda olmayıb. O bu idarəyə yeni təyin olunub. Onun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çoxlu sualları oldu. Biz münaqişə və onun fəsadları, aparılan sülh danışıqlarının əsas tezislərini müzakirə etdik. Boqdan tezliklə Azərbaycana gəlmək imkanı olacağını bildirdi”-deyə F.Muradov qeyd edib.
Modern.az