Modern.az

Gürcüstanda azərbaycanlı müxalifətçi saxlanılıb

Gürcüstanda azərbaycanlı müxalifətçi saxlanılıb

11 İyul 2014, 18:13

Gürcüstanda Azərbaycan müxalifət hərəkatının üzvü Daşqın Ağalarov saxlanılıb.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Gürcüstan prokurorluğunda hazırda onun ekstradasiyası məsələsinə baxılır və qərar beynəlxalq razılaşmaya uyğun veriləcək. Prokurorluq Daşqın Ağalarovun saxlanmasının səbəbini açıqlamayıb. Ağalarovun saxlanılması ilə bağlı məlumatı Qafqaz İnstitutu yayıb.

Həmin informasiyaya görə, Ağalarov bir neçə gün əvvəl Azərbaycan prokurorluğunun xahişi ilə saxlanılıb. Digər məlumata görə, o, 4 min avro vergidən yayındığına görə axtarışa verilib.

Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza