Ermənistan ordusu Dağlıq Qarabağda daha bir əsgərini itirib. Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu gün günorta saatlarında ermənilərin işğalı altında olan Dağlıq Qarabağın cənub-şərqində, qoşunların təmas xəttindəki hərbi hissələrdən birində xidmət edən 20 yaşlı Movses Qasparyan aldığı güllə yarasından ölüb.
Qeyd edək ki, son zamanlar Ermənistan tərəfi ordudakı dərəbəylik səbəbindən baş verən əsgər ölümlərinin də səbəbini Azərbaycan Silahlı Qüvvələrinin ayağına yazmaq istəyir. Buna görə, Movsesin də ölümünün real səbəbi qəsdən gizlədilməsi istisna olunmur.
Modern.az