Heydər Əliyev adına Müasir Təhsil Kompleksi keçən tədris ilində Təhsil Nazirliyinin keçirdiyi respublika fənn olimpiadalarının yekun turunda riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri üzrə I və II yer tutmuş şagirdlərin müsabiqə yolu ilə ödənişsiz qəbulunu elan edib.
Bu barədə Modern.az-a təhsil kompleksindən bildirilib.
2001-2014-cü illər ərzində məktəbin 350-yə yaxın məzunu olub. Məzunlar bir qayda olaraq, yüksək nəticələrlə respublikanın və xarici ölkələrin nüfuzlu ali məktəblərinə daxil olublar. Məzunlardan 8 nəfəri qəbul imtahanlarında yüksək nəticə göstərdiklərinə görə “Prezident təqaüdünə” layiq görülüb.
Son üç il ərzində məktəb məzunlarından 19 nəfər qızıl və 1 nəfər gümüş medala layiq görülüblər. Məktəbin şagirdləri dəfələrlə beynəlxalq və yerli fənn olimpiadalarının, müxtəlif idman yarışlarının, müsabiqə və oyunların qalibi olub. Beynəlxalq olimpiadalarda 12 qızıl, 12 gümüş, 6 bürünc medal, respublika fənn olimpiadalarında 16 qızıl, 19 gümüş, 17 bürünc medal qazanılıb.
Maraqlananlar www.mtk.edu.az internet səhifəsindən məlimat əldə edə bilərlər.
Modern.az