Braziliyada keçirilən futbol üzrə dünya çempionatında Almaniya ilə Argentina komandaları arasında keçiriləcək final qarşılaşmasını İtaliyadan olan hakim Nikola Rittsoli idarə edəcək.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bunu FİFA-nın hakimlər komitəsinin rəhbəri Cim Boys elan edib. Bundan əvvəl final oyunun Özbəkistandan olan hakim Ravşan İmratovun idarə edəcəyi haqda da məlumat yayılmışdı. Final qarşılaşması iyulun 13-də keçiriləcək.
Modern.az