Modern.az

İranda qadın jurnalistə 50 şallaq cəzası verildi

İranda qadın jurnalistə 50 şallaq cəzası verildi

12 İyul 2014, 11:04

İranda hökumət əleyhinə təbliğat yaymaqda günahlandırılan qadın jurnalist Mərziyə Rəsuluya iki il həbs və 50 dəfə qamçılanma cəzası verildi. Modern.az saytı xarici mətbuata istinadən xəbər verir ki, çərşənbə axşamı günü Tehranın Evin həbsxanasına aparılan Rəsulu rejim tərəfindən illərdir təzyiq altında saxlanılırdı.

2009-cu il prezident seçkilərindən sonra etiraz nümayişlərinə qatılmaqla günahlandırılan Rəsulu islahat tərəfdarı olan qəzetlərdə ədəbiyyat yazılarının yanında "Üç Gün Əvvəl" adlı bloqunda İran haqqında aktual yazılar qələmə alırdı.
2012-ci ilin yanvar ayında BBC-nin Farsca xidməti ilə əməkdaşlıq etdiyi iddia olunaraq nəzarətə alınan Rəsulu aylar sonra girov qarşılığında sərbəst buraxılmışdı. Özünü müdafiə etməsi ağzını belə, açmasına icazə verilməyən məhkəmə prosesi sonrasında haqqında dəqiqləşən qərarı Rəsulu polisə təslim olmadan əvvəl Twitter üzərindən yayıb.

Təxminən bir il əvvəl seçilən prezident Həsən Ruhani danışıqlarında tez-tez sərbəstlik və azadlıq mövzularını işlətsə də,  Rəsulu ilə birlikdə son bir neçə ayda üç iranlı jurnalist həbsə atılıb. Nyu-Yorkdakı Jurnalistləri Müdafiə Komitəsinin məlumatlarına görə, İranda 32 jurnalist dəmir barmaqlıqlar ardındadır.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir