Gürcüstanın gömrük işçiləri Azərbaycandan Türkiyəyə gedən yük maşınında külli miqdarda narkotik vasitə aşkarlayıb. Modern.az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, dəyəri bir neçə yüz milyon dollar olan 3 ton heroin yük maşının yoxlanışı zamanı aşkarlanıb.
“Müsadirə olunan narkotik Gürcüstan üçün misli görünməmiş həcmdədir. Kriminal-ekspert xidmətinin ilkin rəyinə görə, bazar qiyməti bir neçə yüz milyon dollar olan narkotik vasitədə 80 faiz təmiz heroin var”, - deyə Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.
Hüquq-mühafizə orqanları hadisə ilə bağlı 2 Gürcüstan vətəndaşını saxlayıb.
Modern.az