Modern.az

“Yəqin Elçin Hüseynov şəxsi təyyarəsilə Cəlilabada uçur” - AZAL-dan müğənniyə İRONİK CAVAB

“Yəqin Elçin Hüseynov şəxsi təyyarəsilə Cəlilabada uçur” - AZAL-dan müğənniyə İRONİK CAVAB

12 İyul 2014, 12:35


Müğənni Elçin Hüseynov axar.az saytına müsahibəsi zamanı şəxsi təyyarəsi oldğunu açıqlayıb. Yetərincə iddialı və fantastik görünən bu xəbərə AZAL-dan kinayəli cavab gəlib.
Modern.az-a açıqlamasında məsələyə münasibət bildirən Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli müğənninin açıqlamasına ironiya ilə yanaşıb:

“Elçin Hüseynov deyir şəxsi təyyarəsi var? Varıdır, otursun təyyarəsinə kef eləsin”.

“Ümumiyətlə, bu barədə məlumatsızam. Şəxsi təyyarəsi olan insanlar barədə ilk dəfə sizdən eşidirəm. Yəqin işgüzar adam olduğu üçün Elçin Hüseynov da hər gün şəxsi təyyarəsi ilə Cəlilabaddakı kəndinə uçacaq”, – deyə AZAL rəsmisi əlavə edib.

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir