Binə ticarət mərkəzində yanğın baş verib. Hadisə şahidlərinin ANS PRESS-ə verdikləri məlumata görə, hadisə səhər saatlarında baş verib. Dərhal hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqlədilər. Hələlik hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
**
ANS TV-nin hadisə yerində olan Sərxan Kamallının verdiyi məlumata görə, yanğın Binə Ticarət Mərkəzində dükanların birində qeydə alınıb. Yanğın yerinə yanğınsöndürənlər cəlb olunub. Hadisə zamanı xəsarət alan olmayıb.
Hadisənin nə səbəbdən baş verdiyi araşdırmalardan sonra məlum olacaq.
Modern.az