“Bu gün qəbul imtahanlarına gələnlərdən təcili yardıma 10 nəfər müraciət edib”. Bunu Modern.az saytına açıqlamasında Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) baş həkimin müavini Oqtay Şahmalıyev bildirdi.
Həkimin sözlərinə görə, müraciət edənlərdən 5 nəfər valideyn, 4 nəfər abituriyent, 1 nəfər isə abituriyentin dostu olub.
“Abituriyentin dostu yıxılaraq travma alıb və xəstəxanaya yerləşdirilib. Qalan 8 nəfərin müraciəti isə yüksək təzyiq, həyəcan, stresslə bağlı olub. Onlara yerində müdaxilə edilib. Bir nəfər abituriyent isə diş ağrısı ilə müraciət edib”.
Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün I və IV ixtisas qruplarının abituriyentləri (cari ilin məzunları ) üçün qəbul imtahanı keçirib. İmtahanda 28 955 abituriyentin iştirakı gözlənilirdi.
Gülşən RAUFQIZI