Modern.az

Kim ki yüz il yaşamırsa... - Çayınıza mixək atın

Kim ki yüz il yaşamırsa... - Çayınıza mixək atın

Təhsil

13 İyul 2014, 22:09


Yayın isti günlərində susuzluğu yatırmaq, yorğunluğu çıxarmaq üçün çay ən yaxşı içkilərdən biri sayılır. Əgər dəmlədiyimiz çaya bir neçə dənə mixək də atsaq, sevimli içkimiz daha ləzzətli, həm də cana faydalı olar.

Modern.az saytı mixəyin xeyirli təsirlərindən yazır. Mixəyin orqanizmə mübət təsiri, sağlamlığa faydaları saysız hesabsızdır. Çünki onun tərkibi orqanizm üçün vacib olan vitamin və mikroelementlərlə zəngindir. 100 qram mixəyin tərkibində aşağıda sadaladığımız maddələr var:

Su - 6,7 q.

Zülallar - 6 q.

Karbohidratlar - 27 q.

Sellüloz - 34.2 q.

Vitamin A - 0.084 mq.

Vitamin B1 - 0.115 mq.

Vitamin B2 - 0.267 mq.

Vitamin PP - 1.46 mq.

Vitamin B6 - 0.59 mq.

Fol turşusu - 0.93 mq.

Vitamin C - 80.8 mq.

Vitamin E - 8.52 mq.

Vitamin B4 - 37.4 mq.

Vitamin K - 0.41 mq.

Kalium - 415 mq.

Kalsium - 1102 mq.

Maqnezium - 264 mq.

Sodium - 243mq.

Fosfor - 105 mq.

Dəmir - 8.68 mq.

Manqan - 30 mq.

Sink - 1.09 mq.

Mixək həzm sisteminin fəaliyyətini normallaşdırır.

Fiziki və zehni yorğunluğu aradan qaldırmaqla insana gümrahlıq verir.

Baş və diş ağrıları üçün effektli vasitədir.

İştəhasından şikayətlənənlərə mixəkdən istifadə məsləhət görülür.

Mixək gözlər üçün faydalıdır və görmə qabiliyyətini yaxşılaşdırır.

Qan təzyiqi aşağı olanlar üçün xeyirlidir.

Xərçəng xəstəliklərinin profilaktikası üçün ən yaxşı vasitələrdən biridir.

Mixək sidikqovucu təsirə malikdir.

Tənəffüs sisteminin işini yaxşılaşdırır.

Ağızdan gələn pis qoxunun qarşısını almaq üçün mixəkdən istifadə yetərlidir.

Bronxial astma və ürək döyüntüsü zamanı da mixək faydalıdır.

Mixəyin faydalarından biri də cinsi fəaliyyətə müsbət təsir göstərməsidir.

Mixək immun sisteminə də müsbət təsir göstərərək onu gücləndirir.

Yuxusuzluqdan şikayət edənlər üçün mixəkdən istifadə xeyirlidir.

Mixək soyuqdəymə zamanı olduqca xeyirlidir, öskürəyi kəsir, temperaturu aşağı salır.

Bağırsaqlarda olan qurdlara qarşı mixək ən təsirli vasitələrdən sayılır.

Mixəyin möcüzəvi faydaları ilə yanaşı əks göstəriciləri də var. Xüsusilə yüksək qan təzyiqi olanlara və hamilə qadınlara mixəkdən istifadə etmək məsləhət görülmür.

Özünüzün gümrah, əhvalınızın xoş olmasını istəyirsinizsə çayınıza mixək atın. Dadından zövq, faydasından sağlamlıq alacaqsınız.

İlham Cəmiloğlu

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir