Modern.az

Maurinyo Braziliya millisinə rəhbərlikdən imtina edib

Maurinyo Braziliya millisinə rəhbərlikdən imtina edib

Təhsil

13 İyul 2014, 22:15



Londonun “Çelsi” klubunun baş məşqçisi Joze Maurinyoya Braziliya Futbol Konfederası dünya çempionatından sonra bu ölkənin milli komandasına rəhbərlik təklif olunub. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, portuqaliyalı Braziliya yığmasının baş məşqçisi olmaqdan imtina edərək, gələcəkdə bu məsələnin müzakirəsinin mümkün olduğunu deyib.

Qeyd edək ki, Braziliya millisi bu ölkədə keçirilən futbol üzrə dünya çempionatının yarımfinalında Almaniyaya böyük hesabla-7:1 məğlub olub. bundan sonra beşqat dünya çempionlarının baş məşqçisi Felipe Skolarinin turnir başa çatan kimi istefaya göndəriləcəyi ilə bağlı məlumat yayılıb.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir