Qəzzə bölgəsində gərginlik davam edərkən İsrailin baş naziri Benyamin Netanyahu dəhşətli açıqlama verib. Modern.az xəbər verir ki, İsrailin “Haaretz” qəzetinin yaydığı məlumata İsrailin hökumət başçısı Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamada Qəzzədəki dinc sakinlərə qarşı əməliyyatları davam etdirəcəyini bildirib. “Sakitlik bərpa olunana qədər Qəzzədə şiddətli bir şəkildə əməliyyatlara davam edəcəyik”, - deyə B. Netanyahu əməliyyatların bitmə vaxtını bilmədiyini də söyləyib.
Onun sözlərinə görə vəziyyətin gərginləşməsinə görə məsuliyyəti “Həmas” qruplaşması daşıyır. ““Həmas” raketlərlə İsrailin şəhərlərini vurur. Biz isə “Həmas”ı şiddəti yavaş-yavaş artan bir güclə vuracağıq. İsrail Qəzzədə sivil insanların ölməsində narahatdır, lakin buna görə məsuliyyət “Həmas”-ın üzərinə düşür”.Qeyd edək ki, bir həftədir ki, Qəzzədə silahlar susmaq bilmir. İsrailin bombardmanı nəticəsində 172 nəfər həyatını itirib, 266 nəfər isə yaralanıb.
Aqşin Kərimov