Modern.az

Deputat iftar süfrəsi açdı - FOTO

Deputat iftar süfrəsi açdı - FOTO

Təhsil

14 İyul 2014, 11:35

Masallının deputatı Elmira Axundova hər il olduğu kimi bu il də ənənəsinə sadiq qalaraq müqəddəs Ramazan ayı münasibətilə iyulun 7 və 13-də Gəyəçöl kəndində iftar süfrəsi açıb. Modern.az xəbər verir ki, iftarda kənd ağsaqqalları ilə yanaşı, bəzi imkansız ailələlər də iştirak edib. Onlar oruclarını açaraq diqqət və qayğıya görə ölkə rəhbərliyinə, həmçinin deputat xanıma öz minnətdarlıqlarını bildiriblər. İftar süfrəsində Qurandan ayələr oxunaraq, tez bir zamanda işğal altında olan torpaqlarımızın azad edilməsi, xalqımızın birliyinin və həmrəyliyinin möhkəmlənməsi, müstəqilliyimizin qorunub saxlanması üçün dualar edilib.

Bundan əlavə Elmira Axundova Ramazan münasibətilə bir neçə imkansız ailəyə də maddi yardım göstərib.


 

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir