Sumqayıt şəhərində 7 nəfər qidadan zəhərlənib. Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyulun 12-də Sumqayıt şəhərində yaşayan Səidə Cabbarova, azyaşlı qızları Fatimə, Zəhra, oğlu Səid, habelə qohumları Aygün Cabbarova, azyaşlı qızları Zeynəb və Xədicə qarpızdan zəhərlənmə ilə xəstəxanaya gətiriliblər.
Modern.az