Modern.az

Ölkə ərazisində hava sabitləşəcək, temperatur yüksələcək

Ölkə ərazisində hava sabitləşəcək, temperatur yüksələcək

Təhsil

14 İyul 2014, 13:07

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, iyulun 15-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.  Havanın temperaturu gecə 20-24, gündüz 29-34 dərəcə isti olacaq.

İyulun 15-də Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti müşahidə olunacağı, lakin gecə və axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturunun gecə 20-25, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

Tibbi meteoroloji proqnoza əsasən iyulun 15-də Abşeron yarımadasında əksər əhalinin uyğunlaşdığı iqlim normasına yaxın temperatur şəraiti gözlənilir.

 

Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir