Modern.az

Tanınmış jurnalist İTV-də ”Yadigarlar”a başlayır

Tanınmış jurnalist İTV-də ”Yadigarlar”a başlayır

Təhsil

15 İyul 2014, 11:36

İctimai Televiziya iyulun 15-də saat 21:30-da “Yadigarlar” layihəsi ilə tamaşaçıların görüşünə gələcək. Əməkdar jurnalist Flora Xəlilzadə və onun jurnalistikadakı varisi Bəhruz Niftəliyev görkəmli elm, mədəniyyət və incəsənət xadimlərinin yadigarları ilə birgə sələflərin keçdikləri həyat və yaradıcılıq yollarına bir daha nəzər salacaqlar.

Qeyd edək ki, "Yadigarlar"  ̶  İTV-nin yay mövsümündəki ikinci yeni layihəsidir. Bundan öncə  ̶  iyulun 2-də  ̶  İTV "Media və zaman" proqramını əməkdar jurnalist Xalid Niyazovun aparıcılığı ilə tamaşaçılara təqdim etmişdi.

 

Modern.az

 

 

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir