Modern.az

Nazirlik Karvansaraydan çəkilən şəkillərə münasibət bildirdi

Nazirlik Karvansaraydan çəkilən şəkillərə münasibət bildirdi

15 İyul 2014, 12:04

“Mən bu məsələni təbii hesab etmirəm, orda yaşayan insanlar  düşünməlidirlər ki, belə bir şey etmək olmaz. Amma bu məsələ dövlətin işi deyil”.
Bunu Modern.az-a açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zöhrə Əliyeva bir neçə gündür sosial mediada və saytlarda Şəkidəki tarixi məkandan - Karvansaraydan çəkilən şəkillərlə bağlı deyib.

Qeyd edək ki, fotoreportyor  Mehman Hüseynov tərəfindən şəkilən şəkillər tarixi məkanda yuyulub-sərilmiş alt və üst paltarlarını əks etdirir. Bu şəkillər sosial şəbəkə istifadəçiləri tərəfindən ciddi tənqid edilib.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zöhrə Əliyevanın sözlərinə görə, bir çox tarixi abidələr şəxsi adamların istifadəsindədir və onlar otel kimi istifadə olunur:

“Karvansaray tarixi abidədir, amma istifadədə olan tarixi abidədir.Yəni oranı otel kimi istifadə edirlər. Vətəndaşlar özləri də belə məsələlərə diqqət etməlidirlər”. 


Rufanə Günəş

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi