Azərbaycanın işğal altındakı Şuşa şəhərində yerli separatçılar tərəfindən 3-cü “Akop Gürcyan” beynəlxalq simpoziumu keçirilir.
Modern.az saytı erməni KİV-lərinə istinadən xəbər verir ki, simpozim iyulun 28-nə qədər davam edəcək. Bu müddətdə 9-u xarici olmaqla 12 heykəltaraş müxtəlif sənət nümunələri yaradacaq. Dağlıq Qarabağa qanunsuz gələn xarici qonaqlar arasında italyanlar - Auqustino Lippi, Massimo Lippi, hindistanlı Kanta Kişorre və s. heykəltaraşlar iştirak edir. “Akop Gürcyan” simpoziumunun sonunda onların yaratdıqları heykəllər Şuşaya hədiyyə ediləcək.
Modern.az simpoziumda iştirak edən heykəltaraşların fotosunu təqdim edir.
Vüqar İsmayılov