Modern.az

Peterburqda azərbaycanlı qızı oğurladılar

Peterburqda azərbaycanlı qızı oğurladılar

Təhsil

15 İyul 2014, 12:24

Sankt-Peterburq polisinə müraciət edən Azərbaycan vətəndaşı 21 yaşlı qızının oğurlandığı haqda məlumat verib.

Modern.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, adı açıqlanmayan Azərbaycan vətəndaşı hüquq-mühafizə orqanlarına iyulun 14-də səhər saat 4 radələrində müraciət edib.

O, Peterburqa yenicə gəlib, iyulun 12-də isə ona SMS-lə məlumat verilib ki, qızı naməlum yerdə saxlanılır. Qızı aparanlar hələ ki heç bir tələb irəli sürməyiblər.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir