Modern.az

Qorbaçov Şevardnadzenin dəfninə getməməsinin səbəbini açıqladı

Qorbaçov Şevardnadzenin dəfninə getməməsinin səbəbini açıqladı

15 İyul 2014, 14:08


SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçov yaxın dostu, Gürcüstanın keçmiş dövlət başçısı Eduard Şevardnadzenin dəfn mərasimində iştirak etməməsinin səbəbini açıqlayıb.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Qorbaçov bunun səbəbini səhhəti ilə bağlı problemlə izah edib:
“Mən dəfn mərasiminə getməyi çox istərdim. Bizi birləşdirən çox şey vardı, biz dost idik. Ancaq təəssüf ki, səhhətim Tbilisiyə getməyimə imkan vermədi”.

Onun sözlərinə görə, xəstəxanadan yaxınlarda çıxıb, oynaqlarındakı ağrılarla bağlı iki həftə müalicə alıb.

Şevardnadze ilə bağlı xatirələrinə gəldikdə, Qorbaçev deyib ki, SSRİ-nin dağılmasından sonra dəfələrlə görüşüb qısa müddət söhbət ediblər: “Eduard çox dəqiq adam idi. Qafqazlı xarakteri onun zəif cəhətlərini üzə çıxarmırdı. Mən onu çox yaxşı xatırlayıram”.

87 yaşında vəfat edən Gürcüstanın keçmiş prezidenti iyulun 13-də dəfn olunub.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir