Modern.az

Dövlət Komissiyası: “Kəlbəcərli girovların məsələsi diqqət mərkəzindədir” - RƏSMİ AÇIQLAMA

Dövlət Komissiyası: “Kəlbəcərli girovların məsələsi diqqət mərkəzindədir” - RƏSMİ AÇIQLAMA

Təhsil

15 İyul 2014, 16:30

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işğal altındakı Kəlbəcər rayonu ərazisində ermənilərin goriv götürdüyü iki soydaşımızın məsələsinə rəsmi münasibət bildirib.

Dövlət Komissiyasından Modern.az saytına verilən məlumatda qeyd edilib:

“Son günlər Ermənistana aid elektron kütləvi informasiya vasitələrində yayılmış məlumatlarda o cümlədən, video və foto materiallarda Azərbaycan Respublikasının Kəlbəcər rayonu ərazisində girov götürüldüyü yayımlanan Azərbaycan vətəndaşlarının sonrakı taleyinin aydınlaşdırılması ilə bağlı məsələ Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının gündəlik diqqət mərkəzindədir.

Dövlət Komissiyası səlahiyyətləri çərçivəsində bu barədə materialların yayımlandığı ilk gündən etibarən aidiyyəti beynəlxalq təşkilatları məlumatlandıraraq, məsələnin beynəlxalq humanitar hüquq normaları çərçivəsində  araşdırılmasını və bütün zəruri prosedurların həyata keçirilməsini tələb etmişdir.

Hazırda video və foto materiallarda yayımlanan vətəndaşlarımızın şəxsiyyətinin dəqiqləşdirilməsi istiqamətində zəruri işlər aparılır. Əlavə məlumat olacağı təqdirdə ictimaiyyət məlumatlandırılacaq”. 


Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir