Qondarma Dağlıq Qarabağ Respublikası Prokurorluğu bir neçə gün öncə girov götürülən azərbaycanlılar – Şahbaz Quluiyev və Dilqəm Əhmədova qarşı cinayət işi açıblar.
Modern.az erməni KİV-lərinə istinadən xəbər verir ki, onların üzərindən döyüş silahları və mərmilər aşkar olunub. Əməliyyat zamanı öldürülən 3-cü azərbaycanlı barəsində məlumatlar dəqiqləşdirilir.
Hazırda azərbaycanlı girovlar Xankəndində Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanılırlar.
Modern.az