Dövlətə xəyanətdə şübhəli bilinərək həbs olunan “Ayna-Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirovun bu gün məhkəməsi keçirilib.
Modern.az xəbər verir ki, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə jurnalistin həbs müddəti uzadılıb. Rauf Mirqədirovun həbs müddəti 4 ay müddətinə uzadılıb.
Qeyd edək ki, R. Mirqədirov aprel ayında Türkiyədən Azərbaycana deportasiya ediləndən sonra dövlətə xəyanətdə ittiham edilərək həbs olunmuşdu. Onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilmişdi.Modern.az