Modern.az

Dövlət ittihamçısı Orxan Zeynalova iş istəyəcək

Dövlət ittihamçısı Orxan Zeynalova iş istəyəcək

Təhsil

15 İyul 2014, 18:04


Moskvanın Biryulevo rayonunda Yeqor Şerbakovu öldürməkdə təqsirkar hesab edilən Azərbaycan vətəndaşı Orxan Zeynalovun məhkəmə prosesi iyulun 21-də davam etdiriləcək.

Modern.az Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Moskva şəhər məhkəməsinin mətbuat katibi Ulyana Solopova həmin gün dövlət ittihamçısının Orxan Zeynalovla bağlı hökm çıxarılmasını elan edəcək.    Orxan Zeynalov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105.2 (xuliqanlıq niyyəti ilə  qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.   

İttiham aktında qeyd olunub ki, oktyabrın 10-da Orxan Zeynalov içkili vəziyyətdə ictimai asayişi pozub, küçədə olan Ksenya Popovaya söz atıb, bu zaman onun yanında olan Yeqor Şerbakov qadını müdafiə edib.

Bundan sonra Orxan Zeynalovla Yeqor Şerbakov arasında mübahisə yaranıb. Bu zaman Orxan Zeynalov üstündə gəzdirdiyi bıçaqla Yeqor Şerbakova iki zərbə endirib. Yeqor Şerbakov hadisə yerində dünyasını dəyişib, Orxan Zeynalov isə hadisə yerindən qaçıb.  

Orxan Zeynalov bundan əvvəl keçirilən məhkəmə proseslərində Şerbakovu öldürmədiyini, bu cinayəti döyülərək boynuna qoyulduğunu bəyan edib.  

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir