Modern.az xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 12-də tarixində I və IV ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanının nəticələrini açıqlayıb.
Komissiyanın mətbuat katibi Elnur Nağızadənin verdiyi məlumata görə, I qrupdan 5 nəfər, IV qrupdan 2 nəfər 700 bal toplayıb.
Qeyd edək ki, 2014/2015-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində aparılıb.
Məltəm Talıbzadə