Qoşulun və sərbəst ünsiyyətdən zövq alın
Azərbaycanın lider mobil operatoru Azercell Telekom MMC abonentləri üçün ardıcıl və bir-birindən maraqlı sərfəli təkliflər və unikal xidmətlər təqdim etməkdə davam edir. Şirkət bu dəfə fiziki statusa malik olan Azercell Fakturalı Xətt abunəçiləri üçün yeni tarif paketini istifadəyə verib. 15.07.2014 tarixindən etibarən Azercell abunəçilərinə təqdim olunan “Hədsiz” tarif paketinə qoşulmaqla siz aylıq 49,9 AZN abunə haqqı muqabilində inanılmaz endirim xidmətlərindən yararlana bilərsiniz. Belə ki, bu paketə qoşulduqda abunəçi şəbəkədaxili 3000 dəqiqə və şəbəkəxarici 500 dəqiqə zənglər etmək, 2000 ədəd ölkədaxili və beynəlxalq SMS göndərmək və 2000 MB həcmində mobil internet xidmətindən istifadə etmək imkanına malik olur.
Abunə haqqı müqabilində verilən |
| Əlavə xidmətlər AZN ilə (ƏDV daxil) | Əlavə xidmətlər AZN ilə (ƏDV xaric) |
şəbəkədaxili dəqiqələr | 3000 | 0.05 | 0.042373 |
şəbəkəxarici dəqiqələr | 500 | 0.05 | 0.042373 |
SMS | 2000 | 0.02 | 0.016949 |
İnternet MB | 2000 | 0.20 | 0.169492 |
MMS | - | 0.05 | 0.042373 |
Abunəçilər tarifə qoşulmaq üçün Azercell Müştəri xidmətlərinə müraciət edə və ya diler dükanlarından yeni fakturalı xətt nömrəsi ala bilər. Azercell MMC-nin Telekom şəbəkəsində fiziki şəxs statusuna malik olan Fakturalı xətt abunəçilər bu tarifə qoşulduqda abunə haqqı müqabilində verilən xidmətlərdən qoşulma günündən sonra növbəti gündən etibarən faydalana bilərlər. Buna qədər abunəçinin xidmətlərdən istfadəsinin tarifikasiyası öncəki tarifinə uyğun olacaq. Azercell-in abunəçilərinə təqdim etdiyi “Hədsiz” tarif paketinə qoşulmaqla, sərbəst ünsiyyətdən zövq alın!
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz
Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, GPRS/EDGE (mobil internet), 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 51% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2013-cü ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır.
Modern.az