Modern.az

Keçmiş səfir özünü güllələdi

Keçmiş səfir özünü güllələdi

Təhsil

15 İyul 2014, 20:44


“Rustavi 2” teleşirkətinin keçmiş baş direktoru, eləcə də Gürcüstanın Rusiyadakı keçmiş səfiri Erosi Kitsmarişvili özünün Tbilisidəki mənzilində ölmüş vəziyyətdə tapılıb. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, ilkni versiyaya görə, Kitsmarişvili özünə qəsd edib. Çünki onun meyitinin yanında tapança da olub.
Erosi Kitsmarişvili 1965-ci ildə Rustavi şəhərində anadan olub. 1993-cü ildə “Rustavi 2” televiziya şirkətini yaradıb. 2004-ci ildə Gürcüstanın Ticarət-sənaye palatasının prezidenti postunu tutub.

Kitsmarişvili 2005-ci ildə ABŞ-a gedərək biznesini orada yaratmaq istəyib. Bu müddətdə həm də Gürcüstanın Nyu-Yorkdakı xüsusi səlahiyyətli səfiri olub. 2008-ci ilin fevralında Gürcüstanın Rusiyadakı səfiri təyin olunub.

Modern.az
 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir