Bu gün Moskvada metronun “Park Pobeda” stansiyasından “Slavyanskoqo bulvara” stansiyasına doğru hərəkət edən qatarın qəzaya uğraması nəticəsində həlak olanların sayı 21-ə çatıb.
Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ölənlərdən biri Çin, biri isə Tacikistan vətəndaşıdır. Digər məlumata görə, hadisə zamanı xəsarət alanlar arasında 5 xarici ölkə vətəndaşı var.